Yuxarı

Qənirə Paşayeva Tovuzdakı Anım Günü mərasiminə qatıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhər Şəhidlər Xiyabanında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

Axar.az xəbər verir ki, anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva və Arzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən Müharibəsi qazisi Şamil Məmmədov çıxış edib.

Q.Paşayeva 44 günlük müharibənin başlama səbəbləri, özəlliklə, 4 günlük Tovuz döyüşlərindən sonra Ermənistanla Azərbaycan arasında baş verən hadisələr, düşmənin hərbi-siyasi təxribatları barədə danışıb. Ali Baş Komandanın siyasi iradəsi, prinsipiallığı, xalqımızın mənəvi cəhətdən səfərbər olduğunu vurğulayan Q.Paşayeva dövlət-xalq birliyinin tarixi zəfərin qazanılmasında müstəsna yerə sahib olduğunu bildirib.

Gənclərə çağırış edən Q.Paşayeva əcdadların hərb sənəti ənənələrini davam və inkişaf etdirən çağdaş Ordumuzun bundan sonrakı inkişafında onların üzərinə düşən vətəndaş məsuliyyətinə vurğu edib.

Q.Paşayeva cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açaraq, bunu hər bir millət vəkili, məmur, işadamı, ziyalı və ictimai fəal üçün yüksək örnək adlandırıb.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra Vətən Müharibəsi şəhidlərimizin xatirəsinə qurulmuş lövhə, Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsi və şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Tarix
2021.09.28 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla