Yuxarı

Millət vəkili NK-ya müraciət etdi: Zəfər Gününə qədər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili NK-ya müraciət etdi: Zəfər Gününə qədər...

Tovuz rayonu 44 günlük Vətən Müharibəsində 70-dən artıq şəhid verib, ancaq onların adlarının əbədiləşdirilməsi məsələsi həllini tapmayıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Tovuz rayonunda çoxsaylı küçələr var ki, onların adı yoxdur. Mövcud qanunvericiliyə yenidən baxıb, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atmaq olar”, - deyə millət vəkili bildirib.

Deputat əlavə edib ki, şəhid analarının ən çox arzuladığı məsələrdən biri övladlarının adlarının əbədiləşdirilməsidir: “Bunun üçün geniş imkanlar var. Qanuna edilən dəyişiklik bu imkanları daha da genişləndirə bilər”.

Q.Paşayeva Baş nazirə müraciət edərək bildirib ki, Tovuz Rayon İcra Hakimiyyətindən şəhid adlarının əbədiləşdirilməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb:

“Çox xahiş edərdik ki, Zəfər Gününə qədər o müraciətlərə baxılsın”.

Tarix
2021.09.30 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla