Yuxarı

Ata 10 il sonra tapıldı, uşağı nənədən aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ata 10 il sonra tapıldı, uşağı nənədən aldı

Anasını körpəliyindən itirən 10 yaşlı Camal Kərimov qeyri-rəsmi olaraq nənəsinin himayəsində böyüyüb. Atası Camaldən illərdir ki, xəbər tutmur. Onu atıb gedib. İndi illər sonra ortaya çıxıb, Camalı nənəsindən alaraq məhkəmə yolu ilə öz himayəsinə keçirib.

Bu barədə Axar.az-a 10 yaşlı Camal Kərimovun nənəsi Südabə Mirzəyeva müraciət edib.

O, nəvəsini geri qaytarmaq üçün yardım istəyib:

“Atası uşağa psixoloji təzyiq göstərərək onu qorxudub. Camal məhkəmədə məcbur qalıb atası ilə yaşamaq istədiyini dedi. Uşaq atası ilə xoşbəxt deyil. Bilsəm ki, atası ilə rahat yaşayacaq, razıyam. Lakin belə halda nəvəmi atasının himayəsinə buraxa bilmərəm. Məhkəmə yolu ilə nəvəmi geri almaq hüququmun olub-olmadığını bilmək istəyirəm”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı var. Bu qərar dövlət adından çıxarılır və icrası məcburidir:

“Məhkəmə əgər uşağın nənədən alınıb atasının himayəsinə verilməsini müəyyən edibsə və bununla bağlı məhkəmənin qanuni qərarı qüvvəyə minibsə, bu mübahisələndirilə bilməz. Yalnız qərar ləğv edildiyi, o cümlədən uşağın maraq və mənafeyi nəzərə alındığı halda uşaq yenidən nənəyə verilə bilər. Uşağa psixoloji təzyiq olunması, baxımsız qalması, təhsildən yayınması, maddi ehtiyaclarının ödənilməməsi, ona qarşı fiziki şiddət olması ilə bağlı əyani sübut olmalıdır. Bu zaman əldə edilmiş sübutlarla bərabər məhkəmədə iddia qaldırmaq olar. İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası da bununla bağlı yeni rəy verir. Həmin rəyə uyğun məhkəmə qərar verə bilər. Lakin uşağın kiminlə yaşamaq istəyib-istməməsi fikri bu qərarı dəyişmir. Çünki valideynlik hüququ bərabərdir. Əgər ata tərəfindən bu hüquq pozulmursa, uşağın təlabatları normal şəkildə ödənirsə, üstünlük ataya verilir. Yalnız ata uşaqdan imtina etdiyi halda uşağın nənəyə verilməsi mümkündür”, - vəkil qeyd edib.

Tarix
2021.10.02 / 08:00
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla