Yuxarı

Özəl bağçalarda süni qiymət artımı - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yeniliklərindən biri də körpələr evləri, uşaq bağçaları və uşaq evlərinə tətbiq edilərn əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi oldu.

Milli Məclisin son sessiyasında "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun layihəsi qəbul edildi. Layihəyə əsasən, adıçəkilən xidmət obyektləri 10 il müddətinə vergi ödəməkdən azad edildilər. Bu qanun vətəndaşlara nə verəcək? Yenilik uşaqların təlim-tərbiyəsində hansı dəyişikliklərə səbəb olacaq?
Əksər ekspertlər və qanunu qəbul edən millət vəkilləri hesab edirlər ki, bağçaların ƏDV-dən azad edilməsi, ilk növbədə, özəl xidmət müəssisələrinin açılmasını stimullaşdıracaq. Bu sahədə rəqabətin artması isə özəl bağçalarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Yaxın vaxtlarda qiymətlərin aşağı düşməsi gözlənilmir

Qeyd edək ki, hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu da cəmi 113 min 517 nəfər azyazlı uşağın təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir. Başqa sözlə, respublikadakı məktəbəqədər yaşlı uşaqların yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi, yəni 23,4 faizi şəhərlərin payına düşür. Kənd yerlərində isə bu rəqəm təxminən 3 dəfə aşağıdır - cəmi 8,6 faiz. Ölkənin yaşayış məntəqələrinin 75 faizində ümumiyyətlə bağça yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının artması da vəziyyəti dəyişməyib. Belə ki, rəsmi açıqlamalara əsasən, 44 özəl təhsil müəssisəsində cəmi 1900 uşaq tərbiyə alır. Buna səbəb özəl bağçalarda təhsil haqlarının çox yüksək olmasıdır. Onlar elə fantastik qiymətlər tətbiq edirlər ki, nəinki, əhalinin aşağı təbəqəsi, heç orta təbəqənin belə həmin pulu ödəməyə gücü çatmır.

Məsələni "Axar.az"a şərh edən iqtisadçı ekspert Vüqar Bayramlı bağçaların ƏDV-dən azad edilməsini müsbət hal kimi dəyərləndirib:

"Humanitar xidmət sahələrinin vergidən azad edilməsi onların təklif etdiyi xidmətin keyfiyyətində və qiymətlərdə özünü göstərməlidir. Vergidən azad edilmə ilk öncə uşaq evləri və bağçaların xərclərinin azalmasına səbəb olacaq. Eyni zamanda daha ucuz xidmət təklif edəcəklər. Nəticədə vətəndaşların nisbətən aztəminatlı hissəsi də bağçaların xidmətindən yararlana biləcəklər. Lakin bu əvvəlki illərin təcrübəsinə və reallıqlara əsaslanaraq yaxın vaxtlarda qiymətlərin aşağı düşməsini proqnozlaşdırmaq çətindir".

Süni qiymətlər durmadan artır

Xatırladaq ki, ötən il də hökumət bu cür addım ataraq ali təhsil müəssisələrini ƏDV-dən azad etmişdi. Lakin bundan sonra təhsil haqlarının azalması deyil, əksinə, artımı müşahidə edildi. Bu dəyişiklik heç təhsilin keyfiyyətinə də ciddi təsir göstərmədi. Bu məqamı vurğulayan V.Bayramlı qiymətlərin azalması və xidmətin keyfiyyətində ciddi dəyişikliklərin bir neçə ildən sonra rəqabət mühiti formalaşdıqda mümkün olacağını bildirib:

"Hazırda özəl bağçalarda tətbiq edilən qiymətlər sünidir. Həmin rəqəmlər ölkədəki orta aylıq əmək haqqından da yüksəkdir. İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələni araşdırıb, real qiymətlərin tətbiqinə nail olmalıdır. Digər tərəfdən, vergidən azad edildikdən sonra yeni özəl bağçalar fəaliyyətə başlayacaq və rəqabət yaranacaq".

Tarix
2014.01.08 / 09:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla