İrana qarşı sammit çağıracağıq - Kroo
23:16
Ana səhifə Toplum |
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Səbail Sukanal İdarəsi yeni ünvana köçüb.
"Axar.az"a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, indiyə qədər Səbail rayonu Əhəd Yaqubov küçəsi 83 ünvanında fəaliyyət göstərmiş idarə hazırda Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 151 ünvanında yerləşir. Abunəçilərin diqqətinə çatdırılır ki, su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət etsinlər. Əlaqə telefonu: (012) 502-46-99
Məlumatda həmçinin Səhmdar Cəmiyyətin Nəsimi Sukanal İdarəsinin də ünvanı dəyişdirildiyi bildirilib. Hazırda Nəsimi Sukanal İdarəsi Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi 1D ünvanında fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 530-53-21, 530-53-24
Tarix
2014.01.08 / 09:44
|
Müəllif
Vüsal Tağı
|