Yuxarı

Azərbaycanda məktəb binası dağıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məktəb binası dağıldı - Foto

Bərdə rayonunda məktəb binasının bir hissəsi dağılıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə rayonu Mehdili tam orta məktəbində baş verib.

Bərdə Rayon İcra Hakimiyyətinin Mehdili kənd icra nümayəndəsi Rəhim Kazımovun verdiyi açıqlamada məktəb binasının 3 gündür ki, hissə-hissə dağıldığı qeyd olunub:

"Sonuncu uçqun idman zalında baş verib, xəsarət alan olmayıb. 31 müəllim, 11 texniki işçi, 200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanılacaq".

R.Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün müvəqqəti olaraq, modul tipli hazır sinif otaqları gətiriləcək.

Tarix
2021.10.07 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla