Yuxarı

Bu şəxslər ASAN Xidmətdən növbəsiz istifadə edəcəklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər ASAN Xidmətdən növbəsiz istifadə edəcəklər

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər ASAN Xidmət mərkəzlərindəki xidmətlərdən növbəsiz istifadə edəcəklər.

Bu barədə Axar.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ASAN Xidmət mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.

Belə ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bu günə qədər bu istiqamətdə 1 790 yaralananın və 2 166 şəhid ailəsi üzvünün ümumilikdə 3 956 müraciəti təmin edilib.

Tarix
2021.10.12 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla