Yuxarı

Baş pediatrdan valideynlərə xəbərdarlıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş pediatrdan valideynlərə xəbərdarlıq - Video

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan respirator xəstəlik geniş yayılıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, baş pediatr Erkin Rəhimov bu əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunduğunu bildirib.

O qeyd edib ki, viruslar adətən havalar soyuyanda aktivləşir.

Erkin Rəhimov əlavə edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir.

Baş pediatr övladlarını ev şəraitində müalicə etməyə çalışan valideynlərə xəbərdarlıq edib. O qeyd edib ki, reseptsiz qəbul edilən dərmanlar uşaqların səhhətində ciddi fəsadlara yol aça bilər.

Erkin Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

Tarix
2021.10.13 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla