Yuxarı

Məktəblərdən uşaqlar oğurlanır? - Səs yazısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdən uşaqlar oğurlanır? - Səs yazısı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və Vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verdiyi açıqlamada hazırda Vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparıldığını bildirib.

“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”, - E.Hacıyev deyib.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və Vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.

Tarix
2021.10.13 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla