Yuxarı

Qadını döyüb, 35 manatını alan şəxs tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadını döyüb, 35 manatını alan şəxs tutuldu - Video

Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

Faktla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.10.13 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla