Yuxarı

Qənirə Paşayeva Suqovuşana getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva Suqovuşana getdi - Foto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Suqovuşanı ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili özü paylaşım edib.

O bildirib ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İB, Sahibkar Qadınlar Assosiyası, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB Tərtərin İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun iştirakı ilə Suqovuşanda xidmət edən hərbçilərimiz, quruculuq, təmir-bərpa işi görən mülki vətəndaşlarımızla görüşüb:

“Onlara Qarabağ motivli xatirə hədiyələri təqdim etdik, torpaqlarımızın azad edilməsinin ildönümü münasibəti ilə təbriklərimizi çatdırdıq.

Əlbəttə, Suqovuşanın azad olunmasının strateji önəmi mübahisə mövzusu deyil. Suqovuşanda da bildirdiyimiz kimi, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti, prinsipiallığı, Silahlı Qüvvələrimizin fədakarlığı, dövlət-xalq birliyi qələbəmizi təmin edib. Belə bir strateji ərazimizin azad edilməsini təmin etmiş şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyir, yaralı qazilərimizə şəfa diləyir, müharibənin bütün iştirakçılarına salam-sayğılarımızı yetiririk. Dövlətimiz var olsun!”

Tarix
2021.10.13 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla