Yuxarı

Şəhid Eldar Əliyevin xatirə lövhəsi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də Vətən müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun anım günündə məzarı ziyarət olunub və xatirə lövhəsinin açılışı olub.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, AMEA-nın Neft Kimya prosesləri İnstitunun direktoru akademik Vaqif Abbasov, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik “yenilməz, qalib ordu” mifini yerlə-yeksan ediblər: Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.

Tədbirdə çıxış edən AMEA-nın Neft Kimya prosesləri İnstitunun direktoru Vaqif Abbasov qeyd edib ki, şəhidimizin timsalında bütün şəhidlərimizə borcluyuq. Çünki ən yeni tariximizi onlar öz qanları ilə yazdılar.

Digər çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhidin xatirə lövhəsinin yerləşdiyi küçədə və valideynlərinin yaşadığı evdə abadlıq və təmir işləri aparılıb.

Tarix
2021.10.13 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla