Yuxarı

Yoluxma sayı sağalanları üstələdi: 5-ci dalğa? - Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxma sayı sağalanları üstələdi: 5-ci dalğa? - Professor

Qonşu ölkələrdə artıq koronavirusa yoluxmada rekord göstəricilər qeydə alınır. Gürcüstan, Türkiyə və Rusiyada yoluxma sayının kəskin artması ilə yanaşı, bu virusdan ölüm sayı da çoxalıb. Gürcü mütəxəssislər isə beşinci dalğanın başladığını bildirərək, bu mərhələnin daha ağır olacağı barədə həyəcan təbili çalırlar.

Axar.az xəbər verir ki, Azərbaycanda da yumşaldılmalara gedildikdən sonra yoluxma sayında hər gün artıb qeydə alınır. Artıq dünən yumşalmalardan bəri ilk dəfə olaraq yolxuma sayı (1277) bu virusdan sağalanların sayını (853) üstələdi. Eyni zamanda, virusdan ölüm statistikası da artmaqdadır.

Payız-qış mövsümü ilə əlaqədar digər xəstəliklərin də artdığı indiki məqamda COVİD-19 virusuna yoluxmada artım 5-ci dalğaya səbəb ola bilərmi?

Bununla bağlı saytımıza danışan tibb elmləri doktoru, professor Adil Qeybulla vaksinasiyanın sürətlənməsinin vacib olduğunu bildirib:

“Azərbaycanda əyani tədrisə icazə verildi, bəzi yumşaldılmalara gedildi və belə bir vəziyyətdə hazırkı artım ciddi narahatlıq yaradır. Çünki şagirdlər və tələbələr bir-birləri ilə sıx ünsiyyətdədirlər. Demək olar ki, son günlər tibbi maskalardan da düzgün istifadə edən yoxdur və bu da yoluxmanı artırır. Artıq bu xəstəliyin yeniyetmələrdə də kliniki əlamətləri üzə çıxıb. Bu baxımdan vaksinasiyanın intensivləşməsi mühüm şərtdir. Təəssüflər olsun ki, Azərbaycanda insanların əksəriyyəti saxta vaksin pasportu daşıyır və portalda qeydiyyatdan keçib. Çox üzücüdür ki, real situasiya rəsmi rəqəmlərin əleyhinə çıxış edir və hesab edirəm ki, bundan sonra 12+ uşaqlara vaksinin vurulması barədə düşünüb, məsüliyyətli addımlar atmalıyıq”.

Tarix
2021.10.13 / 17:39
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla