Yuxarı

FHN qüvvələri tərəfindən 5 nəfər xilas edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN qüvvələri tərəfindən 5 nəfər xilas edildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 1 nəfər yanğın zamanı tüstüdən zəhərlənib. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki bir-birinə bitişik ticarət obyektlərində baş vermiş yanğın Nazirliyin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Bundan əlavə, Bakı şəhərinin Sabunçu rayonunda 1969-cu il təvəllüdlü Orucov Mustafa Rəşad oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tarix
2021.10.16 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla