Axar.az
Yuxarı

AZAL: Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli Hava Limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb. Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.

Bu barədə Axar.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.

Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır. Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli Hava Limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib. Füzuli Hava Limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - "Airbus A340-500" burada eniş icra edib.

Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3 000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli Hava Limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.

Füzuli Hava Limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax Hava Limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.

Tarix
2021.10.16 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pensiya alanlara şad xəbər!

Nəcəfov AMEA işçilərinin pulunu mənimsədi

Hesablama Palatasının sədri və əməkdaşları təltif edildi

Zabit: Özümü ağaca bağladım, əsgərlər üstümdən keçdi - Video

Azad edilmiş ərazilərdə daha 30 mina tapıldı

Vətən müharibəsi iştirakçısı qəfil öldü

Prezident onları təltif etdi - 2 sərəncam

Söz vermişdim ki, Şuşada namaz qılacam – Səncər

Şəhidlərimizin vərəsələrinə bu qədər pul veriləcək – Rəsmi

“Azərişığ"ın mühəndisi çalışdığı idarədə öldü

KULT
<>
Xəbər xətti
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla