Yuxarı

Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır

Torpaqların işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu. Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kubmetrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır:

“İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatları ilə təmin olunması üçün həmin mənbələrdən istifadə edilməsi vacibdir. Bununla bağlı layihələr hazırlanmaqdadır”.

V.Kərimov qeyd edib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur:

“Eyni zamanda, Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr hazırlanacaq. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.

Tarix
2021.10.16 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla