Yuxarı

"Bakcell" yenilənmiş konsept mağazasını təqdim etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakcell" Bakı şəhərində, “Sahil” metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub.

Axar.az xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha asandır.

“Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik. Bu il növbəti dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Mağazanın şəhərin mərkəzində yerləşməsini nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, "Bakcell" şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

Tarix
2021.10.18 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla