Yuxarı

Xudafərinə qədər 12 km marşla getdik - Kapitan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xudafərinə qədər 12 km marşla getdik - Kapitan

Xudafərinlə bağlı döyüş əmri aldıqdan sonra Şükürbəyli, Soltanlı, daha sonra Xudafərin istiqamətində 12 kilometrlik marşla keçərək strateji yüksəkliyə gəldik. Bölmələrimiz əvvəlcə həmin yüksəklikləri ələ keçirdi. Düşmənin həmin ərazidə olan canlı qüvvəsi məhv edildi.

Axar.az xəbər verir ki, bu barədə Xudafərin uğrunda gedən döyüşlərin iştirakçısı, Dövlət Sərhəd Xidmətinin kapitanı Qurban Qurbanov Real TV-yə danışıb.

“Sonra bölmələrimiz Xüdafərin istiqamətində hərəkət edərək Xudafərində bayrağımızı qaldırdılar. Strateji yüksəkliyi ələ keçirdikdən sonra mən və Zəngilan istiqamətində şəhid olan gizir döyüş yoldaşım Məhəmmədəli Ələkbərov komandanlıq tərəfindən verilmiş göstərişə əsasən çevik hərəkət taborunu gətirdik, düşmənin hərəkət etmə ehtimalı olan strateji yüksəkliklərə yerləşdirdik. Nə qədər qürurlu olsaq da, torpaqlarımız düşmən tapdağından azad olsa da, tarixi torpaqlarımızda dövlət bayrağımız qaldırılsa da, müharibədə şəhidlərimiz olurdu. Onlar bizim içimizdən çıxmış, bizimlə birlikdə təlimlərdə iştirak etmiş, müharibəyə qatılıb döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərimiz idilər. Ona görə də qürur və kədər hissi var. Artıq hərbi qulluqçularımız dövlət sərhədi boyu xidmət aparırlar”, - kapitan qeyd edib.

Hərbçimiz bildirib ki, relyefin dağlıq və çətin keçilən ərazi olması şəxsi heyətin susuzlamasına səbəb olurdu:

“Döyüş tapşırığına başlayarkən su və qida ehtiyatı ilə təmin olunurduq. Qidalar vaxtında gətirilib çatdırılırdı. Lakin burada relyefə görə bulaqlar çox deyil. Ona görə Arazın suyundan istifadə edirdik”.

Tarix
2021.10.18 / 16:39
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla