Yuxarı

“Azəriqaz” Zərdabda “Açıq mikrofon” aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” Zərdabda “Açıq mikrofon” aksiyası keçirdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi kommunal sektorda ilkə imza atılaraq başlanılan "Açıq mikrofon" aksiyasını davam etdirir.

Axar.az Azəriqaz”a istinadən xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağ"ı Zərdab rayonunun Kəndəbil kəndində təşkil olunub.

21-ci dəfə təşkil olunan aksiyanın imkanlarından bu kəndin sakinləri ilə birgə Ağabağı kəndinin sakinləri də istifadə ediblər. Görüşdə "Azəriqaz"ın və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinin təklif və problemlərini dinləyiblər.

Vətəndaşlar təbii qaz olmaması səbəbindən əsasən payız-qış mövsümündə üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər qarşıdan gələn qış aylarında hər iki kəndin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciət İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə təqdim olunduqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

İndiyə qədər Zərdab rayonunda 40 yaşayış məntəqəsindən 36-ı təbii qazla təmin olunub.

Tarix
2021.10.18 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla