Yuxarı

Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva vəzifəsindən azad edilib.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Hazırda məktəbin direktoru vəzifəsini Namiq Kərimov icra edir.

Qeyd edək ki, bir müddət öncə Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Tarix
2021.10.20 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla