Yuxarı

Nazir “Xudafərin” və “Qız Qalası” SES-lərindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir “Xudafərin” və “Qız Qalası” SES-lərindən danışdı

Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları (SES) layihələrinin icrası uğurla irəliləyir.

Axar.az xəbər verri ki, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində dərc olunan “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində bildirib.

Nazir qeyd edib ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb:

“Hazırda hər iki SES-in qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir”.

Nazirin sözlərinə görə, ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” SES-lərin inşasının 2024-cü ilə qədər tamamlanması planlaşdırılır:

“Bu layihələrin reallaşması Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq”.

Tarix
2021.10.20 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla