Yuxarı

Gəncə polisindən əməliyyat: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə polisindən əməliyyat: saxlanılanlar var

Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, Şahin Fətullayev saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və 9 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2021.10.20 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla