Yuxarı

Bakıda polis qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polis qəzaya düşdü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Şevrolet Kruz" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

Nəticədə "Şevrolet Kruz" markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mersedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən "Mersedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.10.21 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla