Yuxarı

Arzu Rəhimov türk generalla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzu Rəhimov türk generalla görüşdü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.

Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2021.10.21 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla