Yuxarı

Anar Kərimov şəhid ailələri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Kərimov şəhid ailələri ilə görüşdü

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

Axar.az xəbər verir ki, tədbiri ön sözlə açıq elan edən Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə qonaqları salamladıqdan sonra şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbir iştirakçılarını səmimi salamlayan Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək:”Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz” deyib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ərafında səmimi söhbəti ilə davam edib.

Tarix
2021.10.21 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla