Yuxarı

Toyda karantin qaydaları pozuldu, icarədar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyda karantin qaydaları pozuldu, icarədar cərimələndi

Biləsuvarda toy zamanı karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 4000 manat məbləğində cərimə olunub.

Tarix
2021.10.23 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla