Yuxarı

Bərdə polisindən əməliyyat: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdə polisindən əməliyyat: saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir rayon sakini Qalib Abbaszadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Tarix
2021.10.23 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla