Yuxarı

Toya 150-dən çox qonaq dəvət etdi: polis cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toya 150-dən çox qonaq dəvət etdi: polis cərimələdi

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qırmızı Samux, Kolayır və Seyidlər kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb. Yoxlamalar zamanı toya dəvət olunan qonaqlar arasında mülki öhdəliklə bağlı axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2021.10.23 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla