Yuxarı

Rus general AST Telmanla bağlı tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus general AST Telmanla bağlı tapşırıq verdi

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.

Axar.az xəbər verir ki, Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.

Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:

"İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir".

Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.

Telman İsmayılov sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışdadır.

Tarix
2021.10.24 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla