Yuxarı

Polis Masallıda sürücülərə qarşı reyd keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Masallıda sürücülərə qarşı reyd keçirdi

Masallıda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, qaydaları pozanlar müəyyən edilərək cərimələniblər.

Oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVİD-19 pasportu tələb edilir. Qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Nəzarət-profilaktiki tədbirlər çərçivəsində eyni zamanda qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər də aşkarlanıb.

Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin özlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Tarix
2021.10.24 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla