Yuxarı

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş oldu - Foto

Oktyabrın 25-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri – Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberq ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb, böyük çətinliklərlə üzləşib, maddi-mənəvi itkilərə məruz qalıb. Otuz ilə yaxın müddətdə onların problemlərini həlli üçün məqsədyönlü iş aparılıb. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdür. Vurğulanıb ki, Ermənistanın işğalına son qoyulması, doğma yurda qayıdışın təmin edilməsi məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının başlanması üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.

Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara, həmçinin Bərdə və Gəncə şəhərlərinə gedəcəklərini bildiriblər.

İsveç Krallığındakı Azərbaycan diasporunun üzvü, rejissor və ssenarist Rahim Sadıqbəylinin də iştirak etdiyi görüşdə xarici jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tarix
2021.10.25 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla