Yuxarı

Şamaxının asfalt üzü görməyən küçələri - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxının asfalt üzü görməyən küçələri - Video

Şamaxı rayonun mərkəzi küçələri yararsız haldadır.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, rayonun Sarıtorpaq, Mirzə Məmmədhəsən və Səttar Bəhlulzadə küçələri öz qədimliyi ilə seçilsə də, yollardakı problemlərin özü artıq tarixə çevrilib.

Sakinlər deyir ki, küçələr mövcud olduğu gündən indiyə qədər burada asfalt yolu olmayıb. Nə şikayətlərinə baxan var, nə də səslərini eşidən. Əldə etdiyimiz məlumata görə, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi zamanı küçəyə suötürücü qurğuları qoyulmayıb. Bu səbəbdən sel küçələrdə dağıntılara səbəb olub.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəsi Asif Şirəliyev bildirib ki, şəhərdə asfaltlanma işləri davam edir və yaxın bir il ərzində adıçəkilən küçələrdə də abadlıq işləri aparılacaq.

Daha ətraflı aşağıdakı süjetdə:

Tarix
2021.10.25 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla