Yuxarı

Millət vəkilinə Özbəkistanda professor adı verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilinə Özbəkistanda professor adı verildi - Video

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayevaya Turan Akademiyasının tarix elmləri doktoru adı verilib.

Axar.az xəbər verir ki, bu barədə sənədi millət vəkilinə Turan Akademiyasının prezidenti Xaydarbek Bababekov təqdim edib.

Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaydarbek Bababekov Qənirə Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim töhfələr verdiyini qeyd edib.

Akademik Q.Paşayevanın Özbəkistana dair nəşrlərini, xüsusilə “Addım-addım Özbəkistan” kitabını yüksək qiymətləndirib.

Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlərin, onun özbək dilinə tərcümə olunan kitablarının özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olduğunu qeyd edən akademik Turan Akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətini təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Tarix
2021.10.27 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla