Yuxarı

Paşayeva Özbəkistanda “Nizami Gəncəvi” tədbirində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə keçirdiyi “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbirdə iştirak və çıxış edib.

Axar.az xəbər verir ki, tədbirdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-in Daşkənddə özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə”nin təqdimatı olub.

Qənirə Paşayeva öz çıxışında xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan, əməkdaşlığından söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.

Komitə sədri vurğulayıb ki, Özbəkistan bir il öncə, 27 sentyabrda başlayan Vətən Müharibəsində Azərbaycanın haqq işini müdafiə edib: “Bunun üçün Prezident Şövkət Mirziyayev başda olmaqla, Özbəkistan dövlətinə və xalqına minnətdarlığımızı bildiririk.

“Bu il Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda Əlişir Nəvai ilidir və hər iki klassikimizin irsinə bir daha müraciət etməyimiz gənc nəsillərin təlim-tərbiyəsi, əxlaqı, ruhaniyyəti və ortaq dəyərlərə sahiblənməsi baxımından çox faydalıdır.

Biz hər iki dahimizi minnətdarlıqla yad edərkən, onların irsinin ümumbəşəri mahiyyətini bir daha vurğulayırırq. Nizami Gəncəvinin, Əlişir Nəvainin irsinə yiyələnmiş cəmiyyətlər xoşgörülü olur. Belə cəmiyyətlər “yaradılanı Yaradan üçün sevən”, həmişə, hər yerdə insan qalmağı təşviq edir, öyrədir.

Biz çox şadıq ki, qardaş Özbəkistanda Nizami Gəncəvi elə Azərbaycandakı qədər sevilir, öyrənilir, öyrədilir. Nizami Gəncəvinin adı Özbəkistanda dövlət qatında da, ümumxalq səviyyəsində də əziz tutulur. Necə ki Azərbaycanda Nəvai irsi əziz tutulur, öyrənilir, öyrədilir. Bu, keçmişdə də belə olub, müstəqil ölkələrimizin qüdrətlənməsi ilə getdikcə daha geniş miqyas alacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ümumşərq, ümumtürk mədəni abidələrinin beynəlxalq səviyyədə qorunması, təbliği sahəsində gördüyü işləri də burada minnətdarlıqla qeyd etmək istərdim. Hesab edirəm, bu örnək əsasında, gələcəkdə ortaq dəyərlərimizin beynəlxalq səviyyədə müdafiəsi, təbliğ və tərənnümü istiqamətində çalışmalarımızı gücləndirməliyik”, - millət vəklili qeyd edib.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tarix
2021.10.28 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla