Yuxarı

Metroda qatarların hərəkəti avtomatlaşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda qatarların hərəkəti avtomatlaşdırılacaq

Gələcəkdə Bakı metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

Bakı Metropolitetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yarım əsrdən artıq bir istismar dövrü yaşayan metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.

Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən artığı artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.

Tarix
2021.11.07 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla