Yuxarı

Tərtərdə ər-arvadın dəhşət saçan intiharı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə ər-arvadın dəhşət saçan intiharı

Azərbaycanda gənc ər və arvadı sirkə turşusu içərək intihar edib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər.

G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır (Lent.az).

Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihar etməsi müəmmalı olaraq qalır.

Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi açılmayıb.

Tarix
2014.01.09 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla