Yuxarı

ADU prorektorları Fransada təlim keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU prorektorları Fransada təlim keçir

22-26 noyabr tarixlərində Azərbaycanda Rektorlar Konfransının Yaradılması məqsədini daşıyan layihə çərçivəsində Fransada təlimlər keçirilir.

Axar.az xəbər verir ki, təlimlərə layihənin Avropa tərəfdaşı olan CPU (Fransa Rektorlar Konfransı) ev sahibliyi edir. Təlimlərin əsas məqsədi Avropa rektorlar konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb.

Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə keçirilən təlimdə Fransa təhsil sistemi, Fransa Rektorlar Konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Təlimin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.

Azərbaycan Dillər Universitetini bu təlimlərdə Elm və innovasiya məsələləri üzrə prorektor Novruz Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova təmsil edir.

Tarix
2021.11.23 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla