Yuxarı

Ağdama icazəsiz keçmək istəyən şəxslər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdama icazəsiz keçmək istəyən şəxslər həbs edildi

İşğaldan azad edilmiş ərazilərə mülki şəxslərin qanunsuz keçməsi onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Bu barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildiirlib.

Qeyd edilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub.

Rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb.

Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, VAZ-21011markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar.

Həmin şəxslər barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib.

"Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", - mətbuat xidmətindən bildirilib.

Tarix
2021.11.23 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla