Yuxarı

Nazir müavinindən qiymətlərlə bağlı xoş xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavinindən qiymətlərlə bağlı xoş xəbər

Azərbaycanda dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,1% artıb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

O əlavə edib ki, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmaqdadır. Bu da inflyasiya səviyyəsinə ən çox təsir edən amildir.

Nazir müavini bildirib ki, hazırda idxal indeksi 23%-i keçib:

“Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25%-i ötüb. Növbəti ildə inflyasiyanın səngiməsi gözlənilir. İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.

Tarix
2021.11.23 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla