Yuxarı

ADU-da Argentina səfiri ilə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Argentina səfiri ilə görüş keçirildi

Noyabrın 23-də Azərbaycan Dillər Universitetində Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova səfiri universitetimizdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, son illər Azərbaycan-Argentina əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlər təhsil sahəsində də özünü müsbət mənada göstərməkdədir. ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlərdən danışan prorektor baş tuta biləcək layihə və proqramların prespektivindən söhbət açıb.

Serxio Osvaldo Perez Qunella dəvət üçün təşəkkür edib. Səfir universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.

Tarix
2021.11.23 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla