Yuxarı

Amnistiyanın şamil olunduğu məhkumların yaş qrupları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amnistiyanın şamil olunduğu məhkumların yaş qrupları...

Amnistiyanın təsir dairəsinə daha çox 31-40 yaşlarında məhkumlar düşüblər.

Axar.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, kişilər arasında həmin yaş qrupu ümumi sayın 36, qadınlar arasında isə 33 faizini təşkil edir:

"Ümumi nəticədə isə bu göstərici 35 faizdən yüksəkdr. Sayına görə ikinci yeri 41-50 yaş qrupu təşkil edir. 18 yaşından 25 yaşınadək olan şəxslərin çəkisi ümumi halda 8 faiz təşkil etdiyi halda qadınlar arasında bu göstərici 5, kişilər arasında isə 6 faizə bərabərdir. Qadınlar arasında məhkumların say hesabı ilə bu, ən kiçik yaş qrupudur".

"Amnistiyanın tətbiq olunduğu yaşı 60 yaşdan yuxarı olan şəxslərin göstəricisi 5 faizdir. Ümumi statistikada və kişilər arasında altmış yaşından yuxarı olan qrup amnistiya aktının tətbiq olunduğu ən az saylı yaş qrupudur. Onu da qeyd etmək lazımdır ki, akt qüvvəyə minənədək yetkinlik yaşına çatmamış şəxslərə də amnistiya artıq tətbiq olunub", - o vurğulayıb.

Tarix
2021.11.24 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla