Yuxarı

Qohumunu bıçaqlayaraq öldürən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qohumunu bıçaqlayaraq öldürən şəxs tutuldu

Noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Tərtər rayon porkurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.11.24 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla