Yuxarı

Türklər Nizamiyə qürurla sahib çıxır – Türk nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklər Nizamiyə qürurla sahib çıxır – Türk nazir

Nizami Gəncəvinin əsərlərində elə təsvirlər var ki, o, sanki sözlərlə rəsm tablosu yaradıb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət naziri Məhməd Nuri Ərsoy “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Beynəlxalq Forumda deyib.

“Nizami Gəncəvi kimdir” sualının cavabı çox genişdir. O, özünəməxsus əsrlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərə də hakim idi. Gəncəvi 7 dil bilməklə yanaşı musiqini də ruhunda birləşdirən dərviş ruhlu şair olub. Kamil insan portretini Nizami Gənvəvi əsərlərində görmək olar. İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərləri onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxmağa və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq”, - deyə Ərsoy qeyd edib.

Tarix
2021.11.24 / 12:11
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla