Yuxarı

Cəmiyyətin əsəbləri ilə oynayırıq - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmiyyətin əsəbləri ilə oynayırıq - Deputat

Bu gün Azərbaycan cəmiyyətini rüsum və cərimələrlə bağlı məsələlər narahat edir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Artırılan cərimələr insanların əmək haqqı, pensiyası ilə uyğun gəlirmi? Bu şəkildə olmaz. Biz nəyə səs veririk? Bu, insanları narahat edir. Çölə çıxanda maskanı unudursan, dərhal cərimə yazırlar. Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq. Buna cavab verilməlidir”, - deputat bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur:

“Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırlılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”.

Tarix
2021.11.24 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla