Yuxarı

Bayramov Banqladeş səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Banqladeş səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkeri qəbul edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir yeni təyinatı münasibətilə Banqladeş səfirini təbrik edib. O, ölkələr arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və bir-sıra sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan və Banqladeşin beynəlxalq platformalarda əməkdaşlığı vurğulanıb.

Səfir Qousal Azam Sarker ölkəsinin ikitərəfli ənənəvi bağlar üzərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, siyasi və mədəni sahələrdə münasibətərin inkişafından məmnunluqla danışıb və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğunu söyləyib.

Tərəflər iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən insanlar arasında əlaqələr, təhsil, turizm, sənaye və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də qlobal çağırışlara cavab olaraq, o cümlədən pandemiya ilə mübarizədə atılan addımlar, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq, bu xüsusda Banqladeş tərəfindən keçmiş münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verilən dəstək, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tarix
2021.11.24 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Prezident onları qəbul etdi - Foto

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla