Yuxarı

Bakı metrosunda qatarın hərəkəti ləngidi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda qatarın hərəkəti ləngidi

Bu gün Bakı Metropoliteni QSC-nin “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

Axar.az xəbər verir ki, hadisə saat 08:40 radələrində qeydə alınıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, qatarın dayandırılmasına səbəb qapılardan birinə müdaxilə edilməsi ilə bağlı maşinist kabinəsinə siqnal daxil olmasıdır:

“Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Burada qapıların açılmasından söhbət gedə bilməz. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Hər bir halda məsələ araşdırılır. Bu isə ümumilikdə 40-45 saniyə vaxt alıb. “Bakı Metropoliteni”nin təlimatında isə göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa bu yubanma sayılmır. Yəni onu kompensasiya etmək mümkündür”.

Tarix
2021.11.25 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla