Yuxarı

Yanvarın 1-dən bu pensiyalar artımla veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanvarın 1-dən bu pensiyalar artımla veriləcək

Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətin sosial siyasətinin mərkəzində olub:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək".

H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən sosial xidmətlərin bir sahəsi də onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır:

“Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq. Artıq bu il 2 minə yaxın mənzil həmin kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib. Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünüməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib”.

Tarix
2021.11.25 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla