Yuxarı

Kanalizasiya qapaqlarını oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanalizasiya qapaqlarını oğurlayanlar tutuldu

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

RPİ-nin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev. Saxlanılan şəxslər ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa, Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1 244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

Tarix
2021.11.25 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla