Yuxarı

Qadın vətəndaşların 90 min manatını mənimsədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın vətəndaşların 90 min manatını mənimsədi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Şəki şəhər sakini, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş İradə Musayeva saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, İ.Musayeva Zaqatalada altı nəfər şəxsin etibarından sui-istifadə edərək ümumilikdə onların 90 min manat pulunu mənimsəyib.

Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri ilə aldadıb. Həmçinin, İ.Musayeva zərərçəkmişə özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs ifadəsində respublikanın digər şəhər və rayonlarında da analoji cinayət əməlləri törədərək külli miqdarda pul mənimsədiyini etiraf edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Tarix
2021.11.27 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla