Yuxarı

Karantini pozan kafe sahibi cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozan kafe sahibi cərimələndi

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsində yerləşən “Kral” kafesinin saat 00:20 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediblər.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi İ.Hüseynov və 6 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət edilib. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Tarix
2021.11.27 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla